Mehriban Xanlarova: "TikTok"da dilənmirəm, ünsiyyət qururam
Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə canlı yayım açmasını tənqid edənlərə cavab verib. Aktrisa TikTok platformasında açdığı canlı yayımda izləyiciləri ilə söhbət etdiyini və bu fəaliyyətin pul qazanmaq məqsədi daşımadığını vurğulayıb.
Minval.info xəbər verir ki, Mehriban Xanlarova canlı yayımlara pul yığmaq üçün deyil, izləyiciləri ilə ünsiyyət qurmaq üçün qatıldığını bildirib. O, hədiyyə göndərən izləyicilərinə də təşəkkür edib.
Aktrisa hazırda işsiz olduğunu və heç bir yerdə çalışmadığını qeyd edib. “Pensiya yaşım da deyil, 59 yaşım var. Mən heç vaxt nəyisə gizlətməmişəm. Deyirlər, oturub dilənir. Niyə? Gözləyirəm, işləməyə. Mağazada belə işləməyə eyib kimi baxmıram. Ya iş tapmalıyam, ya da… Nə vaxta kimi dost-tanış mənə yardım edəcək?” – deyə o, fikirlərini ifadə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır