Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tanınmış alim Rafiq Əliyev Türk Dünyası Yörük Türkmən Birliyi tərəfindən təsis edilən “Qiyasəddin Cəmşid əl-Kaşi Riyaziyyat Mükafatı”na layiq görülüb.
Minval.info xəbər verir ki, alimə bununla bağlı rəsmi bildiriş və dəvət məktubu təqdim edilib. Mükafatı təqdim edən Türk Dünyası Yörük Türkmən Birliyi Türkiyə Respublikasının qanunvericiliyinə əsasən fəaliyyət göstərən beynəlxalq mədəni əməkdaşlıq qurumudur və bu il üçüncü dəfə Beynəlxalq Türk Dünyası Elm Mükafatlarını təqdim edəcək.
Rafiq Əliyevə mükafat 2026-cı il oktyabrın 8-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.
Tədbirin Türk Dövlətləri Təşkilatı, TİKA, YTB, TÜRKSOY və digər beynəlxalq qurumların dəstəyi ilə təşkil ediləcəyi bildirilir. Mükafat elmi tədqiqatların, innovativ ideyaların və beynəlxalq elmi əməkdaşlığın təşviqi məqsədi daşıyır, həmçinin türk dünyasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi
Aqil Məlikov açıq ürək əməliyyatı keçirdi
44 bədii filmi üzərində iş başa çatıb
Nəriman Həsənzadənin vəziyyəti pisləşib
Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub.