Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Bakıda universitetlərə qəbul olan tələbələr üçün kirayə ev tapmaq ciddi bir problemə çevrilib. Yeni tədris ilinin başlaması ilə paytaxtda kirayə mənzillərə olan tələbatın artması qiymətlərin yüksəlməsinə səbəb olub.
Minval.info xəbər verir ki, əvvəllər Bakı Dövlət Universiteti və ətraf universitetlərdə təhsil alan tələbələr nisbətən münasib qiymətə ev kirayələyərək metro vasitəsilə universitetə gedib-gəlirdilər. Lakin metronun bağlanması vəziyyəti daha da çətinləşdirib. Tələbələr universitetlərə yaxın ərazilərdə ev axtarmağa məcbur olduqlarından bəzi ev sahibləri yaranmış vəziyyətdən istifadə edərək qiymətləri artırıblar. Bu səbəbdən 2-3 tələbənin birləşərək münasib qiymətə normal ev tapması belə mümkünsüzləşib.
Əmlak eksperti Elnur Azadovun fikrincə, tələbələr hər il bu problemlə üzləşirlər. Onun sözlərinə görə, bu dövrdə kirayə qiymətləri əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olur. Qiymətlər hətta bazar qiymətindən 20-25 faiz yüksək olur. Bu səbəbdən ev tapmaq ciddi problemə çevrilir. Birinci kurs tələbələri bundan daha çox əziyyət çəkirlər. Yuxarı kurs tələbələri isə nisbətən təcrübəlidirlər və bir-birləri ilə əlaqə yaradaraq ev tapa bilirlər, yaxud əvvəlcədən bununla bağlı tədbirlər görürlər. Hətta son illərdə bəzi tələbələrin yaşadıqları evləri boşaltmadığı da müşahidə olunur.
Çıxış yolu olaraq, sentyabr ayının sonuna kimi qohumların və yaxınların evində qalaraq bu müddəti keçirmək, oktyabrdan isə ev axtarışına başlamaq tövsiyə edilir. Müvəqqəti də olsa, Bakıdan kənarda yerləşən ərazilərdə qalmaq olar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir
Misir Mərdanov: Təhqirlərdən sonra qəbul dayandı!
Yağış Bakıda yolları iflic etdi: Küçələr keçilməzdir
YAP VIII Qurultaya hazırlıqlara başladı