Rusiya ordusuna xarici vətəndaşlar də çağırılacaq
Xarici vətəndaşlığı və ya xaricdə yaşamaq icazəsi olan Rusiya vətəndaşları ölkənin Silahlı Qüvvələrinə çağırıla biləcəklər.
Bu, Rusiya Prezidenti Vladimir Putinin bazar ertəsi dərc olunan “Hərbi xidmət qaydası haqqında Əsasnamə”yə dəyişiklik edən fərmanından irəli gəlir.
Əvvəllər yalnız Rusiya Federasiyasının vətəndaşı olan şəxslər hərbi xidmət keçə bilərdilər. Əcnəbilər isə yalnız əsgər, matros, çavuş və gizirlərin sıralarında müqavilə əsasında xidmət etmək imkanına malik idilər.
Sənədin yeni redaksiyasına əsasən, artıq çağırış üzrə hərbi xidmət Rusiya Federasiyası vətəndaşı olan, o cümlədən xarici dövlətin vətəndaşlığına malik olan əsgərlər, matroslar, çavuşlar və gizirlər tərəfindən həyata keçirilir.//Oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur
Pakistan ordusundan sərhəddə terrorçulara zərbə!