Psixoloq: “Sosial şəbəkələr ailə münasibətlərini deqradasiyaya uğradır”
Psixoloq Gülnarə İnanc deyir ki, sosial şəbəkələrə bağlılıq narkotik asılığı kimidir
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən “Etnoqlobus” Mərkəzinin rəhbəri, psixoloq Gülnarə İnanc sosial şəbəkələrin neqativ təsirləri və virtual təhlükələrə qarşı effektiv müdafiə olunmağın yolları mövzusu ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, müasir günümüzü sosial şəbəkələrsiz təsəvvür etmək mümkünsüzdür:
“Sosial şəbəkələrdən konkret məqsədlər üçün istifadə etmək olar, həm də tam əksi olaraq sistemsiz istifadə də mümkündür. Sosial şəbəkələrə bağlılıq narkotik asılığı kimidir. Ailələrdə kişi ilə qadının sosial şəbəkədən asılı olduğu halda canlı ünsiyyət qura bilmir. İnsanlar bütünlüklə sosial şəbəkəyə çəkiləndə ailə münasibətləri inkişaf etmir. Buna görə də ailə münasibətləri deqradasiyaya uğrayır və nəticədə parçalanmalar yaranır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!