"Polşaya raketi Rusiya yox, Ukrayna atıb"
Polşa ərazisinə, Ukrayna ilə sərhədə düşən raket Ukrayna silahlı qüvvələri tərəfindən buraxılıb.
Sfera.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat verib.
Qeyd edək ki, ötən gün Rusiya kritik infrastrukturu məhv etmək üçün Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib, bundan sonra Polşa-Ukrayna sərhədindən 8 km aralıda yerləşən kənd ərazisinə Rusiya istehsalı mərmi düşüb. Sözügedən mərminin Rusiya yaxud Ukrayna tərəfindən atılması məsələsi mübahisəli mövzuya çevrilib.
Xatırladaq ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edir və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görürlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur
Pakistan ordusundan sərhəddə terrorçulara zərbə!