12.04.2018 - 11:16
Gündəm
18 baxış
MSK Prezident seçkilərinə aprelin 21-dək yekun vuracaq
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilən Prezident seçkilərinə aprelin 21-dək yekun vuracaq.“Ölkə.Az” xəbər verir ki, MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli jurnalistlərə açıqlamasında deyib ki, qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir.
O bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir: “Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
27.08.2026 - 23:45
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
21.08.2026 - 08:00
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
12.08.2026 - 11:39
Rəşid Mahmudova efir qadağası qoyulub?
11.08.2026 - 12:01