Fidan Hacıyeva 50 yaşını opera festivalı ilə qeyd edir
Xalq artisti Fidan Hacıyeva 50 yaşını III Beynəlxalq Opera Festivalı ilə qeyd edir. Bu festival çərçivəsində keçirilən konsert proqramında Fidan Hacıyeva ilə yanaşı, gənc solistlər də iştirak ediblər. İfaçılar Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən nümunələr təqdim ediblər.
Minval.info xəbər verir ki, bu il festival Xalq artistinin 50 illik yubileyinə və 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunub. Üç ay davam edəcək festival 7 sentyabrdan 7 dekabradək Bakı və Azərbaycanın müxtəlif şəhərləri ilə yanaşı, xarici ölkələri də əhatə edəcək.
Festival çərçivəsində opera və kamera musiqisi gecələri, simfonik konsertlər, ustad dərsləri, ədəbi-bədii görüşlər və müxtəlif maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub. Proqramın bir sıra tədbirləri ali təhsil müəssisələrində keçiriləcək.
Festivalın əsas istiqamətlərindən biri “Gənc səslər gələcəyə səslənir” layihəsidir. Layihənin məqsədi istedadlı gənc vokalçıları üzə çıxarmaq, onların peşəkar səhnəyə yolunu açmaq və gənclər arasında opera sənətinə marağı artırmaqdır. Layihə çərçivəsində gənc ifaçılar tanınmış sənətçilərlə eyni səhnəni bölüşəcək, həmçinin solo konsert proqramları ilə çıxış edəcəklər.
III Beynəlxalq Opera Festivalı Azərbaycan sərhədlərindən kənarda da davam edəcək. Beynəlxalq proqram çərçivəsində Fidan Hacıyevanın Paris, London, Milan və Minskdə çıxışları planlaşdırılır.
Festivalın rəsmi açılışı sentyabrın 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. Üç aylıq musiqi marafonuna dekabrın 7-də Heydər Əliyev Sarayında “Karmen. Sənətkarın həyatının yarım əsri” adlı möhtəşəm qala-konsertlə yekun vurulacaq.
Qala-konsertdə Niyazi adına Dövlət Simfonik Orkestri Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə çıxış edəcək. Gecədə Jorj Bizenin məşhur “Karmen” operasından fraqmentlərlə yanaşı, Azərbaycan və dünya klassik musiqisinin seçilmiş nümunələri səsləndiriləcək. Konsertin xüsusi qonaqları sırasında İspaniyadan dəvət olunan flamenko kollektivi də yer alacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır