Bazarlarda üzüm bahalaşdı: Qiymətlər yüksəlir!
Yay mövsümünün son günlərini yaşadığımız bu dövrdə bazarlarda mövsümi meyvələrin qiymətlərində artım müşahidə olunur. Qarpız və yemiş mövsümünün sona çatmasına baxmayaraq, üzüm kimi yeni mövsümi meyvələr bazarlarda yerini alır. Hazırda üzümün kiloqramı iki manat 50 qəpikdən satılır.
Minval.info xəbər verir ki, 15 ildir bazarda şaftalı satışı ilə məşğul olan Yusif Əliyev, bu il qiymətlərin əvvəlki illərlə müqayisədə daha yüksək olduğunu bildirir. Mövsümün sonunda qışa hazırlıq məqsədilə tərəvəzlərə olan tələbatın artması da qiymətlərin yüksəlməsinə səbəb olur. Məsələn, xiyarın kiloqramı bir manat 50 qəpikdir.
Alıcılar isə qiymətlərin yüksək olmasından narazıdırlar. Satıcılar bəzi məhsulların qarşıdakı günlərdə və ayın sonuna yaxın daha da bahalaşa biləcəyini qeyd edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropa İttifaqı 42.6 milyon barrel neft ehtiyatını tezləşdirəcək
12 ölkə neft ehtiyatlarını dövriyyəyə buraxır
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası sürətləndirilib
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye istixanası qurulacaq
Yeni qərar avtomobillərin qiymətində ciddi dəyişikliklərə səbəb olacaq
Volkswagen Çin rəqabətinə görə €5.8 milyard zərər açıqladı