Bakıda 3 günlük yağış: Leysan və dolu gözlənilir
Bakıda və bəzi bölgələrdə 7, 8 və 9 sentyabr tarixlərində yağışlı hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 5-də dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Minval.info xəbər verir ki, biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev, iqlim dəyişikliklərinin son dövrlərdə daha qeyri-müəyyən xarakter aldığını bildirib. O, qeyd edib ki, “El-Nino” hadisəsinin gözləniləndən daha güclü formada müşahidə oluna biləcəyi ilə bağlı beynəlxalq xəbərdarlıqlar mövcuddur. Lakin mövcud müşahidələr göstərir ki, Azərbaycan hələlik ciddi iqlim böhranının ağır fəsadları ilə üzləşən ölkələr sırasında deyil.
Ekoloq əlavə edib ki, qarşıdakı dövrdə yayın sonuna xas hava şəraitinin davam etməsi gözlənilir. Axşam saatlarında temperaturun 15-25, gündüz saatlarında isə 30-33 dərəcə arasında dəyişəcəyi ehtimal olunur. Bəzi ərazilərdə yağıntıların düşməsi də gözlənilir. Dağətəyi rayonlarda yağıntıların daha intensiv olması mümkündür. Yüksək dağlıq ərazilərdə, xüsusilə Şərqi Qafqaz silsiləsində sulu qar və dolu kimi atmosfer hadisələrinin müşahidə olunması istisna edilmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda sel təhlükəsinə hazırlıq nə yerdədir?
Şuşada tarixi qayalara yazılar: Şəhidlərə hörmətsizlik!
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı