Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neftçi futbol klubu Misli Premyer Liqasında növbəti qələbəsini əldə edib. IV turda Şəfa komandasını 4:1 hesabı ilə məğlub edən ağ-qaralar, bu nəticə ilə xallarının sayını 9-a çatdıraraq üçüncü pilləyə yüksəlib.
Minval.info xəbər verir ki, Neftçinin qollarını 35-ci dəqiqədə Rüfət Abbasov, 64 və 66-cı dəqiqələrdə Alen Şkribek, 79-cu dəqiqədə isə penalti zərbəsi ilə Breno Almeyda vurub. Şəfa komandasının yeganə qolunu isə 48-ci dəqiqədə Murad Musayev vurub.
Günün digər oyununda Sabah komandası Zirəni 5:0 hesabı ilə məğlub edib. Ötən gün keçirilən matçlarda isə Qəbələ İmişlini 2:1, Şamaxı isə Kəpəzi 4:1 hesabı ilə məğlub edib. IV turun oyunlarına sabah yekun vurulacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tevesin birlikdə oynadığı ən yaxşı futbolçu: nə Messi, nə də Ronaldo
Messinin “Barsa”ya tövsiyə etdiyi istedad 4 nəhəngin hədəfində
Lionel Messinin karyerası ilə bağlı yeni iddialar
Bakıda FIFA U-15 dünya çempionatının qalibi müəyyənləşəcək
Dünya çempionatında Azərbaycanın üç güləşçisi məğlub olub
Arsenal Liqa Kubokunda zəif Fleetwood Town-a məğlub oldu
İsmail Kartal yenə istefa verdi