06.09.2026 - 09:58
Dünya 7 baxış

Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında bir sıra gəmilərə qarşı zərbələr endirdiyini bəyan edib. Məlumata görə, İran tərəfindən müəyyən edilmiş marşrutlardan kənar keçməyə cəhd edən üç neft tankerinə və ABŞ-la əlaqəli üç gəmiyə hücum edilib.

Minval.info xəbər verir ki, İran tərəfi bu əməliyyatın ABŞ qüvvələrinin İran neft tankerlərinə qarşı həyata keçirdiyi zərbələrə cavab xarakteri daşıdığını bildirib. SEPAH, Hörmüz boğazından keçən gəmiləri icazəsiz marşrutlardan istifadə etməməyə çağırıb və bu cür hərəkətlərin təhlükəsizlik baxımından ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 5-də İranın üç neft tankerinin ABŞ qüvvələri tərəfindən vurulduğunu açıqlamışdı. CENTCOM-un məlumatına görə, bu addım SEPAH qüvvələrinin regionda patrul xidməti həyata keçirən iki ABŞ hərbi gəmisinə ballistik raketlərlə hücum etməsindən sonra atılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: