04.08.2018 - 22:55
Hadisə
21 baxış
Mingəçevirə istirahətə gələn polis əməkdaşı suda boğularaq ölüb
Mingəçevir şəhərində yerləşən su anbarında boğulma hadisəsi baş verib.
“Report”un Şirvan bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Samux rayon Qaradağlı kənd sakini Nəsibov Elmar İldırım oğlu çimərlikdə çimərkən boğulub.
FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları batan şəxsin meyitini sahilə çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.
Elmar Nəsibov Samux rayon Polis şöbəsinin əməkdaşıdır. O, Mingəçevirə ailəsi ilə birgə istirahət etmək məqsədilə gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
12.09.2026 - 18:27
Kenan və Beren 3 milyonluq villa axtarışında
12.09.2026 - 16:42
FHN Zaqatalada yanğın təlimi keçirdi
12.09.2026 - 14:01
Nepalda faciə: Həlak olanların sayı artır
12.09.2026 - 13:40
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
12.09.2026 - 11:27
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
12.09.2026 - 08:18
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
11.09.2026 - 23:26
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
11.09.2026 - 23:19