BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Qarabağa səfəri zamanı gördükləri ilə bağlı təəssüratlarını bölüşüb. O, bölgədə hələ də çox sayda dağıdılmış evin olduğunu və bunun məyusluq doğurduğunu bildirib.
Minval.info xəbər verir ki, Şlapaçenko, Azərbaycan hökumətinin Qarabağda həyata keçirdiyi bərpa və quruculuq işlərini yüksək qiymətləndirib. O, yeni yollar, tunellər və digər infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib.
BMT rəsmisi, təşkilatın Qarabağda daha çox fəaliyyət göstərməsi ilə bağlı əminliyinin artdığını vurğulayıb. O, bu səfərin ona çox güclü mesaj verdiyini və BMT-nin bölgədə daha çox iş görməyə çalışacağını bildirib.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək