Birinci sinfə gecikənlər üçün qəbul yenidən başlayır
2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi yenidən aktivləşir. Bu proses sentyabrın 16-da başlayacaq.
Minval.info xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilən məlumata görə, elektron qəbul prosesi sentyabrın 16-sı saat 11:00-dan sentyabrın 30-u saat 15:00-dək davam edəcək.
Bu müddət ərzində valideynlər mektebeqebul.edu.az portalında sorğu yerləşdirərək, müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladlarının qəbul prosesini tamamlaya bilərlər. Qeyd edək ki, bu proses yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən uşaqları əhatə edir.
2026-2027-ci tədris ili üzrə bu günədək 124 mindən çox uşaq birinci sinfə qəbul olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?