İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
İsveç hökuməti, miqrasiya axınını azaltmaq məqsədilə Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn və ölkəni könüllü tərk etməyə razılaşan xarici vətəndaşlara adambaşına təxminən 37000 dollar məbləğində maliyyə dəstəyi təklif edir. Bu təşəbbüs, yaxınlaşan ümumi seçkilər ərəfəsində icrasına başlanılıb.
Minval.info xəbər verir ki, 10,6 milyon nəfərlik əhalisinin təxminən 2 milyonu xarici mənşəli olan İsveçdə indiyədək cəmi 171 nəfər bu ödənişi alaraq ölkədən ayrılmağa razılıq verib. Hökumət, yalnız maliyyə həvəsləndirməsi ilə kifayətlənməyərək miqrasiya qanunvericiliyini də sərtləşdirir. Daimi yaşayış icazəsi ləğv edilib və icazələrin hər üç ildən bir yenilənməsi tələbi qoyulub.
Avqust ayından etibarən vətəndaşlıq almaq istəyənlər üçün xüsusi imtahan sistemi tətbiq olunmağa başlanıb. Bu dəyişikliklər, İsveçin miqrasiya siyasətində ciddi dəyişikliklərə səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da seçkilər Tramp üçün referenduma çevrilir
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə olunur
Netanyahunu devirmək üçün plan: Ərəb partiyaları müxalifətlə birləşir
Donald Trampın WSJ-yə qarşı iddiası yenidən rədd edildi
Türkiyədə “Yüz vilayət, 1000 rayon” layihəsi reallaşacaq?
Netanyahunun oğlu İsraildəki ərəb partilərini tənqid etdi
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir