Çində 26 mərtəbəli bina 120 saata tikildi
Çində 208 mənzildən ibarət 26 mərtəbəli yaşayış binasının tikintisi cəmi 120 saata tamamlanıb. Bu sürətli inşaat paslanmayan poladdan modul tikinti texnologiyasının tətbiqi ilə həyata keçirilib.
Minval.info xəbər verir ki, “Jingdu Holon” adlanan binanın ümumi sahəsi təxminən 14 min kvadratmetrdir. Tikinti işləri 2024-cü il yanvarın 7-dən 11-dək davam edib və bina Syanin rayonunda yerləşir. Klassik tikinti üsulundan fərqli olaraq, burada yaşayış modulları əvvəlcədən zavodda hazırlanaraq tikinti sahəsinə gətirilib. Mənzillər tikinti sahəsinə demək olar ki, tam hazır vəziyyətdə çatdırılıb. Hər modulun uzunluğu təxminən 12 metr, eni 2,4 metr, hündürlüyü isə 3 metrdir.
Modullar zavoddan elektrik, santexnika və kondisioner sistemləri əvvəlcədən quraşdırılmış şəkildə çıxır. Tikinti sahəsində isə təxminən 100 işçi kranların köməyi ilə hazır elementləri birləşdirir. Binanın karkası tam quraşdırıldıqdan sonra su və elektrik şəbəkəsinə qoşulması kifayət edir və bina dərhal istifadəyə hazır vəziyyətə gəlir. Binada dörd lift fəaliyyət göstərir və mənzillər əvvəlcədən mebellə təmin olunub. Bu səbəbdən sakinlər əlavə təmir və ya tamamlama işlərinə ehtiyac olmadan birbaşa mənzillərə köçə bilirlər. Bina regiona yerli işçi qüvvəsinin cəlb edilməsi proqramı çərçivəsində gələn mütəxəssislər üçün nəzərdə tutulub. Binanı inşa edən “Broad Group Holon” şirkəti tikilinin zəlzələyə davamlı olduğunu və 1000 ildən çox istismar edilə biləcəyini iddia edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zabratda qəbiristanlıq su altında qaldı
Trudeau film və serial istehsalına başlayır
Tərtər sakini minalı ərazidə həyatda qaldı
Si Cinpin 7 ildən sonra Hindistanda!
Büdcə idarəsində 5 əsas maliyyə səhvi
Pendir sevənlər üçün gündəlik istehlak limiti!
Bloger Arifə Məmmədovanın kanatda dəhşətli anları