Gəncədə sərxoş ər arvadını bıçaqladı
Gəncədə həyat yoldaşını bıçaqlamaqda ittiham olunan Mirnəsib Yusifovun məhkəmə prosesi sona çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunaraq, o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Minval.info xəbər verir ki, ittihama görə, Mirnəsib Yusifov tez-tez evə sərxoş vəziyyətdə gəlir və həyat yoldaşı Bəsti Yusifova ilə mübahisələr yaşayırdı. O, Bəstinin telefonunun kodunu bir neçə dəfə dəyişdiyini görərək, ona “TikTok” sosial şəbəkəsindən istifadə etməməsi üçün xəbərdarlıq etmişdi. Lakin Bəsti bu tələblərə məhəl qoymamışdı. Bir neçə gün sonra Mirnəsib yenidən içkili vəziyyətdə evə gələrək, Bəsti ilə mübahisə edib və mətbəx bıçağı ilə ona iki zərbə endirib.
Hadisə nəticəsində Bəsti Yusifova xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Mirnəsib Yusifov saxlanılaraq istintaqa təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?
Siyəzəndə borc mübahisəsi qətllə nəticələndi
Salyanda ailə faciəsi: ana həyatını itirdi, ata və gəlin yaralandı
Səday Alıyevə qarşı cinayət işi: Üç milyon manatlıq mənimsəmə ittihamı
Bakıda restoranda qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlaldır
Zahid Oruc Arzuxan Əlizadənin oğlunun adı keçən qətl hadisəsindən danışdı
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar