Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
Gəncənin Əziz Əliyev küçəsində baş verən yol-nəqliyyat hadisələri sakinlərin ciddi narahatlığına səbəb olub. Sakinlər bildirirlər ki, ərazidə günün müxtəlif saatlarında ağır qəzalar baş verir və bu, onların gündəlik həyatına mənfi təsir göstərir. Onların sözlərinə görə, əsas səbəblərdən biri sürücülərin yüksək sürətlə hərəkət etməsidir. Bir sakin qeyd edib ki, gün ərzində üç ağır qəzanın şahidi olub. Digər sakinlər isə avtomobillərin əyləc səsini eşidən kimi təşvişə düşdüklərini və uzun müddətdir stres içində yaşadıqlarını bildiriblər. Onlardan biri vəziyyətin dözülməz həddə çatdığını vurğulayaraq evini satışa çıxardığını qeyd edib.
Minval.info xəbər verir ki, sakinlərin sözlərinə görə, qəzalar nəticəsində yol kənarındakı ağaclara, avtomobillərə və digər əmlaka da ziyan dəyib. Onlar bildirirlər ki, küçədə avtomobil saxlamaq belə təhlükəlidir. “Bura yaşayış yeridir. Hamının qapısı yola açılır. İnsanlar uşağını məktəbə buraxmağa belə qorxurlar. Avtomobillər ağlagəlməz sürətlə hərəkət edir. Bu küçə qan çanağına çevrilib”, – deyə sakinlərdən biri qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Gəncə şəhəri, Əziz Əliyev küçəsində piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə iki ədəd sürət həddinə nəzarət edən radar quraşdırılıb. Bununla yanaşı, şəhərin digər küçə və prospektlərində olduğu kimi, sözügedən ərazidə də yol polisi əməkdaşları tərəfindən mütəmadi monitorinqlər aparılır, hərəkət iştirakçıları ilə profilaktik tədbirlər həyata keçirilir və yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi