"Maşın" şounun keçmiş oyunçusu canlı efirdə Roza Zərgərli haqqında elə sözlər dedi ki... - Video
“Maşın” şouda baş verənlər bir qədər oyundan kənara çıxıb və xoşagəlməz vəziyyət alıb.
Minval.info xəbər verir ki, aparıcı Yusif Ağayev təqdimatında yayımlanan “10-dan sonra” verilişində şounu tərk edən iştirakçı qonaq olub.
“Həkimsən” proqramının siması İlhamə Bədəlova “Maşın”da baş verənlərlə bağlı həmkarının suallarını cavablandırıb.
Müğənni Roza Zərgərlinin şouda onun barədə dediklərindən danışıb. Belə ki, sənətçi İlhamənin ağır xəstə olan işçisini qovduğunu bildirmişdi. O, aparıcının xəstəliyə yoluxmamasından dolayı bunu etdiyini dedi.
İ.Bədəlova isə müğənnin dediklərinin yalan olduğunu söyləyib bu işdə onu həmkarı Yusif Ağayev da dəstəkləyib. O, sualı da özünəməxsus verib və Roza Zərgərlini “Tereza ana” adlandırıb.
“Davam etsin “Tereza ana” olmağına, Allah can sağlığı versin. Mən həmin adamın adını çəkmək istəmirəm onunla indi də münasibətdəyik. Qardaş kimi candan çox istədiyim bir insandır. Mənim işçim yox birgə işlədiyim olub. Həmin insan bir müddət bizimlə işlədi, daha sonra ixtisara düşdü. Mən qarşımda duran insanı nə etməliyəm? Tibbi analiz edim, baxım görüm, onun harasında limfa düyünləri şişib, mədəsində xora var-yoxdu?!” – aparıcı bildirib.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
İ.Bədələova eyni zamanda Roza Zərgərlinin buna görə ondan üzr istəməsini istəyib.
Yusif Ağayev da həmkarına dəstək çıxıb və qeyd edib ki, həmin insan müğənni haqqında “son dərəcə neqativ sözlər” deyib. Hətta verilişin aparıcısı bununla bağlı məhkəməyə müraciəti də İlhaməyə xatırladıb. Lakin o, bunu etməyəcəyini söyləyib və münasibətlərinin olduğunu bildirib.
Qeyd edək ki, veriliş zaman İlhamə Bədəlova veriliş iştirakçıları ilə salam-sağolunu saxlayacağını söyləyib. Amma münasibət qurmayacağını xüsusi vurğulayıb.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Məlumat üçün bildirək ki, hər iki aparıcı eyni telekanalda çalışır, bununla yanaşı verilişə dəvət alan Vüqar Vüqarlı da ATV-nin əməkdaşıdır.
Samir M.
ƏLAQƏLİ
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Həmçinin oxu:
“Maşın” şouda ara qarışdı – Murad Dadaşov canlı efiri kəsdi (Video)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı