"Maşın" şouda ara qarışdı - Murad Dadaşov canlı efiri kəsdi (Video)
Dünən “Maşın” şouda əvvəlkilərdən bir qədər fərqli gərginlik yaşanıb.
Minval.info-nun xəbərinə görə, iş o yerə çatıb ki, aparıcı Murad Dadaşov canlı efiri kəsib və telekanalda bir neçə saniyə pauza yaranıb.
Belə ki, səsverməyə çıxan vayner Hüseyn Əzizoğlu səs toplayacağı halda aparıcı İlhamə Bədəlovanı oyundan uzaqlaşdıracağını bildirib. Müğənni Abbas Bağırov istisna olmaqla iştirakçıların əksəriyyəti ona dəstək nümayiş etdirib.
Veriliş boyunca İ.Bədəlova ilə maşın ətrafında dayananlar arasında mübahisə yaşanıb.
Şounun bitməsinə az qalmış aparıcı İlhamə səhiyyə işçilərindən səs istəyərkən müğənni Roza Zərgərli onun sözünü yarımçıq kəsib. O, iştirakçıya emosianal tərzdə bundan sui-istifadə etməməsini söyləyib. Ardınca isə bildirib ki, İlhamənın işçisi xəstə olduğu üçün onu yanından qovub və həmin şəxs R.Zərgərli ilə birgə çalışmağa başlayıb.
Bu zaman Murad Dadaşov onların mikrofonlarının səsini kəsib. Ara bir qədər sakitləşəndən sonra sözü İlhamə Bədəlovaya verib. O, yenidən bu mövzu barədə danışarkən canlı efir kəsilib və bir neçə saniyə telekanalda pauza yaranıb.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Qeyd edək ki, vayner səsvermənin nəticələrinə görə oyunda qalıb və adını açıqladığı iştirakçını şoudan kənarlaşdırıb.
Samir M.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı