Makqreqor Nurməhəmmədovdan revanş tələb etdi
Qarışıq döyüş növləri (MMA) üzrə irlandiyalı idmançı Konor Makqreqorrusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə Makqreqor “Twitter” səhifəsində yazıb.
“Yaxşı zərbə idi. Revanş gözləyirəm”, – idmançı bildirib.
UFC prezidenti Deyna Uayt isə mətbuat konfransında Nurməhəmmədovla Makqreqor arasında mümkün revanş haqqında sualı cavablandırarkən bildirib ki, “bu oğlanları bir-birindən uzaq tutmağa” çalışacaq.
Xatırladaq ki, Nurməhəmmədovla Makqreqor arasında döyüş oktyabrın 7-də keçirilib və rusiyalının qələbəsi ilə yekunlaşıb. Bundan sonra Həbib oktaqondan kənarda dayanmış irlandiyalının məşqçilərindən birinə hücum edib.
Başlayan kütləvi davadan sonra Uayt çempionluq kəmərini Nurməhəmmədova təqdim etməkdən imtina edib. Daha sonra o bildirib ki, Həbib tituldan məhrum edilə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır