Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Joze Mourinyo, “Real Madrid”də Federiko Valverde və Orelen Tçuameni arasında baş verən münaqişə ilə bağlı açıqlama verib. Portuqaliyalı məşqçi, yarımmüdafiəçiləri barışdırmaq üçün heç bir müdaxilə etmədiyini bildirib. “Mən heç nə etmədim, hər şeyi özləri etdilər. Komandadakı qarşılıqlı dəstək, dostluq və birlikdə qalib gəlib uduzmaq bacarığı hər şeydən xəbər verir. Onların münasibətinə baxanda elə təəssürat yaranır ki, sanki onlar ən yaxın dostlardırlar”, – deyə Mourinyo vurğulayıb.
Minval.info xəbər verir ki, ötən il mayın 7-də komandanın məşqi zamanı Valverde ilə Tçuameni arasında sözlü mübahisə yaşanmış, bu münaqişə sonradan paltar dəyişmə otağında əlbəyaxa davaya çevrilmişdi. Nəticədə, uruqvaylı futbolçu başından xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş, hər iki oyunçu isə 500 min avro məbləğində cərimələnmişdi. Mourinyo isə Madrid klubunun baş məşqçisi vəzifəsinə ötən yay təyin olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir