Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları baş tutacaq. Gecənin diqqətçəkən oyunları arasında ‘Beşiktaş’, ‘Yuventus’ və ‘Kristal Pelas’ komandalarının matçları yer alır.
Minval.info xəbər verir ki, bu axşam doqquz qarşılaşma keçiriləcək. ‘Beşiktaş’ (Türkiyə) ‘Marsel’ (Fransa) ilə, ‘Real Soseydad’ (İspaniya) ‘Bornmut’ (İngiltərə) ilə, ‘Yuventus’ (İtaliya) NEK (Niderland) ilə, ‘Kristal Pelas’ (İngiltərə) isə ‘Lex’ (Polşa) ilə üz-üzə gələcək.
Günün digər oyunları isə belədir: Saat 20:45-də ‘Levski’ (Bolqarıstan) ‘Zalsburq’ (Avstriya) ilə, OFİ (Yunanıstan) ‘Hoffenhaym’ (Almaniya) ilə qarşılaşacaq. Saat 23:00-da isə ‘Seltik’ (Şotlandiya) ‘Ferentsvaroş’ (Macarıstan) ilə, ‘Lillestrom’ (Norveç) ‘Yunian Torrense’ (Portuqaliya) ilə, ‘Viktoriya Plzen’ (Çexiya) ‘Union Sent-Jilluaz’ (Belçika) ilə qarşılaşacaq.
ƏLAQƏLİ
Camala görə "Bayern" rəhbərliyini qınadı: Bu, keçilə bilməyən bir xətdir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Camala görə "Bayern" rəhbərliyini qınadı: Bu, keçilə bilməyən bir xətdir
Camala görə “Bayern” rəhbərliyini tənqid etdi: keçilməz xəttdir
Qvardiola İtaliya millisinin təklifini necə dəyərləndirdi
“Vogue” 2026-cı ilin ən dəbli idmançılarını açıqladı
Mourinyo Enrikenin bu təklifinə qarşı çıxdı: Maaşıma toxunmayın
Gözlənilən qol ötürmələrinə görə ən yaxşı 5 gənc futbolçu
Okan Buruk: "O, hər gün daha da inkişaf edir"