Kiyevə hücum: Bir ölü, on bir yaralı
Ukraynanın paytaxtı Kiyevə Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində bir nəfər həyatını itirib, on bir nəfər isə yaralanıb. Şəhərin müxtəlif rayonlarında pilotsuz uçuş aparatlarının qalıqlarının düşdüyü müşahidə edilib.
Minval.info xəbər verir ki, Kiyevin Svyatoşin rayonunda baş verən hücum nəticəsində beş avtomobil və qaraj kooperativinin ərazisində yerləşən qeyri-yaşayış binası yanıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Həmçinin Solomenski və Qoloseyevski rayonlarında da PUA qalıqlarının düşdüyü ərazilər müəyyənləşdirilib.
Kiyev meri Vitali Kliçko bildirib ki, sentyabrın 15-də səhər saatlarından etibarən şəhərə endirilən zərbələr nəticəsində ümumilikdə bir nəfər həyatını itirib, on bir nəfər yaralanıb. Yaralılardan altısı şəhər xəstəxanalarında stasionar müalicəyə yerləşdirilib, digər şəxslərə isə tibbi yardım ambulator şəraitdə və hadisə yerində göstərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arsen Venger: hamı bakıdakı turnirə vurulub
Liverpool və Arsenal arasındakı qarşılaşma: Premyer Liqada gərgin duel
"Barsa"da gərginlik: əsas heyətə düşə bilmir
Ouen: İspaniyada olanda məni buna görə qəhrəman adlandırdılar
Tevesin birlikdə oynadığı ən yaxşı futbolçu: nə Messi, nə də Ronaldo
Messinin “Barsa”ya tövsiyə etdiyi istedad 4 nəhəngin hədəfində
Lionel Messinin karyerası ilə bağlı yeni iddialar