Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Xalq artisti və tanınmış diktor Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb. Hadisə bir neçə gün əvvəl baş verib. O, evinin balkonunda olarkən təzyiqi yüksəlib və başı gicəllənərək yıxılıb.
Minval.info xəbər verir ki, Ofeliya Sənani hazırda vəziyyətinin ağır olduğunu və hərəkət etməkdə çətinlik çəkdiyini bildirib. O, qolunun əzildiyini və göyərdiyini, ağrılarının davam etdiyini qeyd edib. Xoşbəxtlikdən, ciddi sınıq yoxdur, lakin ağrılar səbəbindən hələ də həkimə müraciət etməyib və evdə dincəlir.
Xalq artisti səhhətində müəyyən irəliləyiş olduğunu desə də, vəziyyətinin qəfil pisləşdiyini vurğulayıb. O, başgicəllənmə səbəbindən bir neçə dəfə küçədə də yıxıldığını bildirib. Evdə ona kömək edən şəxslərin olduğunu və özünün heç bir iş görə bilmədiyini əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tevesin birlikdə oynadığı ən yaxşı futbolçu: nə Messi, nə də Ronaldo
Messinin “Barsa”ya tövsiyə etdiyi istedad 4 nəhəngin hədəfində
Lionel Messinin karyerası ilə bağlı yeni iddialar
Bakıda FIFA U-15 dünya çempionatının qalibi müəyyənləşəcək
Dünya çempionatında Azərbaycanın üç güləşçisi məğlub olub
Arsenal Liqa Kubokunda zəif Fleetwood Town-a məğlub oldu
İsmail Kartal yenə istefa verdi