"Məni sənətdən güclə ayırdılar" - Valeh Kərimov
Xəbər verdiyimiz kimi, aktrisa Məsumə Babayeva Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırılmasından gileylənib.
Axşam.az xəbər verir ki, yaşına görə teatrdan uzaqlaşdırılmasını qəbul edə bilməyən sənətçilərimizdən biri də Xalq artisti Valeh Kərimovdur. Ömrünün 45 ilini Sumqayıt teatrında çalışan aktyor “Xəzərxəbər”ə müsahibəsində onu sənətdən güclə ayırdıqlarını bildirib:
“8 ildir teatrdan təqaüdə çıxarıblar məni. Soruşan olmadı. Teatrın direktoru mənə dedi ki, Valeh müəllim yanvarın 1-dən daha işə gəlməyin. Çünki yaşınız tamam oldu, sizi azad edirik. O qədər 70 yaşında işləyənlər var ki, biri də mən olardım da…Dilim, beynim, əl-ayağım işləyir. Daha nə lazımdır? İncimişəm… Bu sənətə girdinsə, ayrıla bilmirsən. Məni sənətdən güclə ayırdılar.”
Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov isə bildirib ki, Valeh Kərimov ancaq müqavilə əsasında hər hansı bir rolu canlandıra və daxili imkanlar hesabına vəsait ala bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu
Nəcməddin Sadıkovla bağlı şok faktlar: düşmənə məlumat ötürürmüş...
"Marsel" - "Qarabağ" oyununu 20 min azarkeş izləyəcək
Britaniyanın məşhur qəzeti Bakıdan və Tofiq Bəhramovdan yazır
“Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü danışdı - VİDEO
Təranənin hədə-qorxu gəldiyi şəxs musiqiçi imiş