Könül Xasıyeva toplanan yardımla 2 min manata it alıb?
“Mənim Danimarkada rəfiqəm yaşayır. İti oğluma o hədiyyə edib”.
“Minval.info” xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında xalq artisti Könül Xasıyeva 2 min manata it alması ilə bağlı yazdığımız xəbərə aydınlıq gətirərkən deyib.
“Mən heyvanları sevsəm də, onlara toxuna bilmirəm. İnanın ki, onu mən almamışam. Oğlum Kazımın 10 yaşı olanda rəfiqəm ondan hədiyyə olaraq nə istədiyini soruşdu, oğlum it istədi. Rəfiqəm də Kazımın arzusunu yerinə yetirdi”, – deyə xalq artisti bildirib.
Qeyd edək ki, K.Xasıyeva bu günlərdə ağır xəstəliyi ilə bağlı əməliyyat olunması üçün 254 min manata ehtiyacı olduğunu bildirərək sənətçi dostlarından dəstək istəyib. Bunun ardınca isə xalq artistinin evində bahalı it saxlaması barədə xəbərlər yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Polisdən kütləvi şəkildə avtomobillərə hücumlarla bağlı reaksiya
Çində COVID-19-a yoluxmuş şəxslər bu dərmanla sağalıb
Xanəndələrin işindəki “Spays” haqda bilmədiklərimiz...
"Bakıda kimin adamı və pulu var toy edir" - Sərxan
“Sarı jiletlər” Rusiyaya gəlir - Putin əndişədə...
"Pop-korn" satan gənc özünə yeni iş tapdı