"Xəstəlik adıyla pul yığıb, sonra oğluna 2 minə it almışdı" - Könül Xasıyeva haqqında şok sözlər
Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyeva boğazında şiş aşkarlandığını müalicə üçün 254 min manata ehtiyacı olduğunu bildirib.
“Minval.info” xəbər verir ki, xanəndə bunla bağlı tez-tez instaqram hesabında paylaşım edərək, ona yardım edilməsini istəyir. Bu dəfə də Xasıyeva sənət adamlarına müraciət ünvanlayıb.
“Əziz sənət yoldaşlarım, gec olmadan hərəniz cəmi bir toyun pulunu instaqram hesabımda paylaşdığım karta köçürsəniz, məni və mənsiz qalacaq tək narahat balamı xilas etmiş olarsınız. Dəymirəmmi buna? Axı siz məni çox sevirsiniz” deyə, muğam ifaçısı paylaşımında qeyd edib.
Bu məsələ ilə bağlı jurnalist Pərviz Hüseynin yazdığı sözlər diqqət çəkib. Belə ki, jurnalistin iddiasına görə, Könül Xasıyevanın bir neçə evi var, onları satıb müalicəsinə pul ayıra bilər: “Könül Xasıyevanın neçə evi var, birini satsın əməliyyat olunsun. Hər dəfə camaatdan pul yığır. Keçən dəfə də xəstəlik adıyla pul yığıb, sonra oğlu Kazıma 2 minə it almışdı. Hələ yazıb ki, sənət yoldaşlarım bircə toyun pulunu kartıma köçürsəniz, sağalaram. Niyə də? Allah şəfa versin, o ayrı. Amma bu qədəri də ifratdır, hər şeyin təhəri var!”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
