Kinomuzun “Zaur”u 63 yaşında

18 sentyabr dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günüdür.
Bu səbəbdən ölkəmizdə 18 sentyabr tarixi Milli Musiqi Günü kimi qeyd olunur. Bu təsadüf deyildi, zərurət idi. Buna Üzeyir bəyin musiqimiz üçün etdiklərinin qarşılığı da deyə bilərik.
Bu gün isə ölkəmizdə Milli Kino Günü kimi qeyd olunur. Bundan 120 il əvvəl, məhz, Aleksandr Mişon Azərbaycan kinosunun əsasını qoyanda bilmirdi ki, 52 il sonra Xankəndində Azərbaycan filminə yeni nəfəs gətirəcək biri – Fəxrəddin Manafov dünyaya gələcək. Bu əsl təsadüfdür. Həm də tam yerinə düşən təsadüf.
45-dən çox bədii filmdə çəkilmiş Fəxrəddin Manafov yaratdığı obrazlarla izləyicilərin qəlbini fəth etmişdi. Özünəməxsus səs tembri, xarakteri ilə əsl sənətkar duruşu nümayiş etdirmişdi.
Biz də minval.info kollektivi adından Xalq artistini 63 yaş münasibətilə təbrik edir, karyerasında uğurlar arzulayırıq.
Əcəmi Əsədulla
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi