26.07.2026 - 18:06
Gündəm 357 baxış

Kim nə qədər ödədi? — Haluk Leventin qalmaqallı dərnəyinə milyonlar yatıran məşhurların SİYAHISI

Türkiyəli məşhur ifaçı Haluk Leventin qurucusu olduğu “Ahbap” Dərnəyinə tanınmış simaların köçürdüyü astronomik ianələrin dəqiq məbləğləri bəlli olub. Son günlər böyük bir maliyyə qalmaqalı ilə gündəmdə olan dərnəyə edilən yardımların detalları cəmiyyətdə ciddi maraq doğurub.

Minval.info-nun məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, dərnəyə ən yüksək fərdi pul ianəsini tanınmış futbolçular Cengiz Ünder və Çağlar Söyüncü ediblər. Hər iki idmançı dərnəyin hesabına ayrı-ayrılıqda 50 min avro (təxminən 97 min manat) bağışlayıb. Məşhur prodüser və iş adamı Acun Ilıcalı isə prosesə daha böyük miqyasda qoşularaq 100 yük maşını su ilə yanaşı, dərnəyə 5 milyon TL (təxminən 185 min manat) dəyərində nəhəng yardım göstərib.

Açıqlanan rəsmi məlumatlara əsasən, “Ahbap” Dərnəyinə milyonlarla pul yatıran digər məşhurların və onların yardım məbləğlərinin siyahısı olduqca diqqətçəkəndir:

  • Can Yaman – 1 milyon 550 min TL (təxminən 57,3 min AZN)

  • Tarkan, Ajda Pekkan, Sibel Can, Gülşen və Nuri Şahin – hər biri 1 milyon TL (təxminən 37 min AZN)

  • Kıvanç Tatlıtuğ – 950 min TL (təxminən 35,2 min AZN)

  • Ozan Tufan – 800 min TL (təxminən 29,6 min AZN)

  • Cenk Tosun – 600 min TL (təxminən 22,2 min AZN)

  • Murat Boz, Orhan Gencebay və Arda Turan – hər biri 500 min TL (təxminən 18,5 min AZN)

  • Halit Ergenç, Bergüzar Korel və Edis – hər biri 400 min TL (təxminən 14,8 min AZN)

  • Burak Yılmaz – 300 min TL (təxminən 11,1 min AZN)

  • Danla Bilic – 250 min TL (təxminən 9,3 min AZN)

  • Kerem Bürsin, Mustafa Ceceli və Aras Bulut İynemli – hər biri 200 min TL (təxminən 7,4 min AZN)

  • Burak Deniz, İrem Derici və Gülben Ergen – hər biri 150 min TL (təxminən 5,6 min AZN)

  • Hazal Kaya – 120 min TL (təxminən 4,4 min AZN)

  • Gökçe Bahadır, Ziynet Sali, Melis Sezen və Sarp Apak – hər biri 100 min TL (təxminən 3,7 min AZN)

Xatırladaq ki, “Ahbap” ətrafında yaşananlar hazırda Türkiyə mediasının ən çox müzakirə etdiyi əsas mövzulardan biridir. İstanbul Baş Prokurorluğu dərnəyin maliyyə dövriyyəsini, xüsusilə də 2023-cü il zəlzələlərindən sonra toplanmış nəhəng ianələrin hara xərcləndiyini ciddi şəkildə araşdırır. Haluk Levent özü isə yönələn bütün ittihamları qətiyyətlə rədd edir. Hazırda iş üzrə rəsmi təhqiqat davam edir və məhkəmənin yekun qərarı hələlik elan olunmayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: