Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Azərbaycanda istər islam dininə, istər başqa dinlərə inanan insanlara qarşı hər hansı basqıdan, təhdiddən söhbət gedə bilməz. Əksinə, bütün dinlətə şərait yaradılıb və Azərbaycan multikultural ölkə kimi bütün dünyada qəbul olunur”.
Musavat.com xəbər verir ki, bu barədə Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev bildirib.
O, qeyd edib ki, ölkəmizdə islam dininə mənsub əhali daha çoxdur və buna görə də son dövrlərdə ölkəmizdə çoxlu məscidlər təmir olunub, yeni məscidlər tikilib, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə məscidlər tikilib, təmir edilib: “Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan demokratik, dünyəvi ölkədir. Son günlər Azərbaycanda başörtüsü ilə, Nazirlər Kabinetinin 309 nömrəli qərarı ilə bağlı məsələləri ölkənin kənarında olan qüvvələr qəsdən başqa istiqamətə çəkib gərginlik yaratmaq, ölkənin daxilində təxribat əməlləri törətməyə cəhd göstərdilər. Hesab edirəm ki, bu cür cəhdlərin heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan din sahəsində hər hansı bir məhdudiyyət qoymayıb. O ki, qaldı orta məktəbdə uşaqların geyim formasına, Nazirlər Kabinetinin məlum qərarı var, buna əsasən də bizim övladlarımız mövcud qanunvericiliyə uyğun surətdə məktəbli forması geyiniblər. Bu da ilk növbədə səliqəli geyim, uşaqlar arasında bərabərlik yaratmaq üçün nəzərdə tutulur. Həm də dünyəvilik prinsiplərinə əsasən atılan addımdır və bu da bir çox ölkələrin təcrübəsində var. Hamı da buna əməl etməlidir”.
Deputat deyib ki, biz hüquqi dövlətdə yaşayırıq, hüquqi dövlətin öz prinsipləri var: “Qərar qəbul olunana qədər müəyyən məsələlər ilə bağlı müzakirələr açmaq, diskusiyalar aparmaq olar. Ümumi qərar qəbul olundusa, hər kəs qanuna əməl etmək məcburiyyətindədir. Hesab edirəm ki, ölkədə qarşıdurma yaratmaq istəyənlər bundan nəticə çıxaracaqlar. Əsasən də onu deyək ki, bu təxribatları törədənlərin arxasında İran var, İranın müəyyən dairələri var, biz dəfələrlə İranın Azərbaycanın daxili işlərinə müdaxilə etməsi ilə bağlı etirazlar etmişik, yenə də etirazımızı bildiririk. Belə kövrək zamanda heç kəs, xüsusilə Azərbaycan vətəndaşları dövlətin onlara göstərdiyi bu mülayim münasibətdən sui-istifadə etməməlidirlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
Paşinyan Azərbaycan dilində mahnı ilə video paylaşdı