Sabahın hava proqnozu açıqlandı: yağışlı və dəyişkən hava gözlənilir
Publika.az-ın məlumatına görə, oktyabrın 24-də Azərbaycanın bəzi bölgələrində yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə saatlarında 15-17° isti, gündüz isə 19-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 65-75% təşkil edəcək.
Rayonlarda isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, leysan xarakterli intensiv yağıntıların olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Gecə və səhər saatlarında dumanlı hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Rayonlarda havanın temperaturu gecə 13-17° isti, gündüz 18-22° isti, dağlıq ərazilərdə gecə 5-9° isti, gündüz isə 9-14° isti təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda