26.10.2026 - 11:14
Ayın son günlərində geomaqnit qasırğası gözlənilir
Gündəm 139 baxış

Ayın son günlərində geomaqnit qasırğası gözlənilir

Baku.ws-ın məlumatına görə, oktyabrın 29-30-da Yer kürəsində geomaqnit qasırğası müşahidə edilə bilər. Bu hadisənin əsas səbəbi Günəşdəki tac dəliyinin təsiridir. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası bu barədə məlumat yayıb.

Proqnozlara görə, oktyabrın 28-dən etibarən Yer kürəsi tac dəliyinin təsir zonasına daxil olacaq. Bu təsirin nəticəsində cümə axşamı və cümə günləri geomaqnit təlatümlərinin baş verəcəyi gözlənilir.

Bununla belə, mütəxəssislər maqnit qasırğasının baş vermə ehtimalını aşağı qiymətləndirirlər. Günəş küləyinin sürətinin saniyədə 600 kilometrə qədər yüksəlməsi proqnozlaşdırılır ki, bu da normadan təxminən 50 faiz çoxdur. Lakin bu sürətin güclü maqnit qasırğası yaratmaq üçün kifayət etməyəcəyi bildirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: