10.10.2026 - 15:48
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Gündəm 167 baxış

Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib

Tanınmış azərbaycanlı jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki bürünc barelyef sentyabr ayında oğurlandıqdan sonra bərpa edilərək yenidən yerinə quraşdırılıb.

Baku.ws-ın məlumatına görə, ailəsi və həmkarlarının bildirdiyinə görə, abidənin bərpası ilə bağlı bütün xərcləri dövlət öz üzərinə götürüb.

Başdaşındakı barelyefin yoxa çıxdığı sentyabrın 9-da məlum olub. Elə həmin gün Yasamal rayonunun 28-ci polis bölməsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları şübhəli şəxsləri saxlayıb, bir neçə hissəyə mişarlanmış barelyefi tapıblar.

Bürünc kompozisiyanın üzərindəki yazılar mişarlanaraq kəsildiyindən onun yenidən tökülməsi qərara alınıb.

İlkin barelyef heykəltaraş Məzahir Əfşarın layihəsi əsasında yaradılmışdı. Onun eskizləri əsasında barelyefin surətini İncəsənət Akademiyasının dosenti Nurlan Məmmədov hazırlayıb. Barelyefi akademiyanın emalatxanasında usta Namiq Sadıqov töküb, quraşdırılmasını isə usta Feyzi Oruclunun komandası həyata keçirib.

Nəcəfovun ailəsi və həmkarları abidənin bərpasında iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: