10.10.2026 - 16:48
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Gündəm 251 baxış

FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə əhali arasında geniş maarifləndirmə tədbirləri həyata keçirir. Publika.az-ın məlumatına görə, bu tədbirlər çərçivəsində oktyabrın 10-da FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə bir sıra qurumların dəstəyi ilə “28 May” metro stansiyası ətrafında genişmiqyaslı maarifləndirmə aksiyası keçirilib.

Aksiya zamanı Xidmətin əməkdaşları tərəfdaş qurumların nümayəndələri ilə birlikdə ərazidəki vətəndaşlarla profilaktik söhbətlər aparıb, onlara yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat veriblər. Metro, qatar, avtobuslarda və ticarət obyektlərində təxliyə yollarının boş saxlanılması və təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyi izah edilib.

“28 May” stansiyası ətrafında, nəqliyyat obyektlərinin giriş-çıxışlarında və ticarət mərkəzlərində yanğın təhlükəsizliyi qaydalarını əks etdirən videoçarxlar nümayiş etdirilib. Bu çarxlar vasitəsilə vətəndaşlara elektrik və qaz cihazlarının təhlükəsiz istifadəsi barədə məlumatlar çatdırılıb.

Tədbir çərçivəsində vətəndaşlara yanğın təhlükəsizliyi və fövqəladə hallar zamanı davranış qaydalarını izah edən buklet və broşürlər də paylanılıb. FHN əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: