Kəlbəcərdə əsgərimiz intihar etdi - Foto
Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri intihar edib.
“Minval.info” Respublika Hərbi Prokurorluğuna istinadən xəbər verir ki, hərbi qulluqçu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun dekabrın 5-i odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib: “Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur
Pakistan ordusundan sərhəddə terrorçulara zərbə!