İrandan təhlükəli siqnal: Qırmızı dəniz bağlana bilər
ABŞ-ın İrana qarşı hərbi əməliyyatları genişləndirəcəyi təqdirdə, Tehranın Qırmızı dəniz və Bab əl-Məndəb boğazında blokada yaratmağa cəhd göstərə biləcəyi iddia olunur.
Minval.info xəbər verir ki, bu barədə The Wall Street Journal mövzuya yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu son günlər Vaşinqtona xəbərdarlıq edib ki, ABŞ hücumları intensivləşdirərsə və ya quru əməliyyatı variantını nəzərdən keçirərsə, İran Bab əl-Məndəb boğazını və Qırmızı dənizi bağlamağa cəhd göstərə, həmçinin bölgədəki gəmilərə hücum edə bilər.
Nəşrin yazdığına görə, bu ssenari Yaxın Şərqdə gərginliyin daha da artmasına və beynəlxalq dəniz daşımalarına ciddi təsir göstərə bilər.
Xatırladaq ki, iyul ayında İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı zərbələr yenidən başlamışdı. Bundan sonra husilər Səudiyyə Ərəbistanına məxsus gəmilər üçün dəniz blokadası elan etmişdilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Space TV“ onu günahlandırdı - “Kanalı bu vəziyyətə saldı”
Haluk Leventi qardaşı da satdı - 1.5 milyon dollar açıqlaması
Müəllimin güllələndiyi iş üzrə məhkəmə qapalı keçirildi
Vəkil açıqladı: Ev dustaqlığında sosial şəbəkə qadağası necə tətbiq olunur?
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?