"İnsanların mərhəmətindən sui-istifadə etməyin” - VİDEO
“Mənə “xəstəyəm, dərmana ehtiyacım var” deyə yalan yazıb pul əldə etməyə çalışanlar var. O şəxslər mənim mərhəmətimdən, yardımsevər olmağımdan, insanlara olan inamımdan sui-istifadə etməyə çalışırlar. Belə halları görüb məyus oluram”.
“Minval.info” xəbər verir ki, bunu tanınmış iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva İnstaqramdakı paylaşımında bildirib.
Qeyd edib ki, ötən günlərdə bir xanım sosial şəbəkə üzərindən ondan müalicəsi üçün yardım istəyib. Lakin sonradan həmin şəxsin məqsədinin başqa olduğu bəlli olub: “ Bu xanım bizə deyib ki, mənim təcili bir neçə çətin tapılan dərmana ehtiyacım var. Biz də onu aldıq. İndisə deyir ki, mənə bu dərmanlar yox, onların pulu lazımdır. Mən acam, yeməyim yoxdur. Daha sonra da deyir, oğlum hərbi xidmətdədir. Onun üçün pul istəyirəm. Bu cür hallar başıma çox gəlir. Hər belə halla qarşılaşanda insanlara güvənim itir. Dəfələrlə olub ki, səhifəmə yazan adamlar “xəstəyəm” deyə yalan danışıb pul qoparmağa çalışıblar. Həm də təkcə məni yox, başqa yardımsevər insanları da aldatmağa cəhd ediblər. Amma belələri necə yanlış addım atdıqlarının fərqində deyillər. Bəlkə də, bu dərmanlara gerçəkdən ehtiyacı olan insanlar var, onların haqqına girirlər. Burdan həmin şəxslərə səslənib demək istəyirəm ki, belə hərəkətlərdən çəkinin. ”Çünki mən də, heyətimdə çalışan əməkdaşlar da bizə olunan müraciətləri araşdırırlar. Nəyin yalan, nəyin doğru olduğunu gec-tez öyrənirik. Odur ki, insanların mərhəmətindən sui-istifadə etməyin”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əlillik təyinatında azalma müşahidə olunub
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha bir həyət abadlaşdırıldı - FOTO
Sürücülərin nəzərinə: Bu körpüdən keçərkən diqqətli olun! – XƏRİTƏ
“25 əməkdaşımızı prokurorluğa şəxsən şikayət etmişəm” - Nazir
Prezident əlillərə, şəhid ailələrinə ev və maşın verdi - FOTO
Xırdalana girişdə acınacaqlı vəziyyət
Bərdə terrorunda yaralanan daha bir vətəndaş şikayətçidir