Haluk Leventi qardaşı da satdı - 1.5 milyon dollar açıqlaması
Türkiyədə Şile Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunan müğənni Haluk Leventin qardaşı Berkant Acilin polisə verdiyi ifadə gündəm olub.
Minval.info xəbər verir ki, Berkant Acil ifadəsində bildirib ki, 35-ci Şile Bezi Mədəniyyət və İncəsənət Festivalının təşkilində yalnız sənətçi təşkilatçılığı ilə məşğul olublar, tender və ödəniş proseslərində iştirak etməyiblər.
O, ekspertiza hesabatında göstərilən milyonlarla lirəlik fərqin Sur Müzik şirkətinin sənətçilərə nağd şəkildə etdiyi ödənişlərdən qaynaqlandığını iddia edib.
Acil daha sonra diqqətçəkən açıqlama verərək bildirib ki, qardaşı Haluk Levent 1,5 milyon dolların bir gün şirkət hesabında saxlanılmasını, daha sonra isə Yeliz Kayanın hesabına köçürülməsini istəyib.
“Qardaşım Haluk Levent bu pulu Yeliz Kayanın hesabına göndərməyimi istədi. Mən də onun istəyini yerinə yetirdim. Pulun haradan gəldiyini və sonradan hara yönəldiyini bilmirəm”, – deyə Berkant Acil ifadəsində qeyd edib.
O, barəsində irəli sürülən ittihamları qəbul etmədiyini də vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ayın son günlərində geomaqnit qasırğası gözlənilir
Sabahın hava proqnozu açıqlandı: yağışlı və dəyişkən hava gözlənilir
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava