Həştərxan vilayətinin Əhalinin Məşğulluğu Agentliyinin rəisi ilə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində Rusiya Federasiyasının Həştərxan vilayətinin Əhalinin Məşğulluğu Agentliyinin rəisi Ramiz Əzizovla görüş olub.
“Minval.info” xəbər verir ki, ilk olaraq Agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, görülən işlər, göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi üçün həyata keçirilən islahatlar, rəqəmsal məşğulluğa keçid istiqamətində tətbiq edilən yeniliklər barədə məlumat verib. Agentliyin əsas strateji məqsədlərinin əhalinin məşğulluq səviyyəsini artırmaq, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməklə vətəndaş məmnunluğuna nail olmaq olduğunu bildirib.
Eyni zamanda görüşdə əhalinin məşğulluğu sahəsində qarşılıqlı maraq doğuran məsələlər, təcrübə mübadiləsi və iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur