Həbibə ağır cəzalar — Çempion titulu alınacaq, bir daha döyüşə bilməyəcək
Rusiyalı çempion Həbib Nurməhəmmədov yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər.BakuPost xəbər verir ki, bu barədə UFC prezidenti Deyn Uayt məlumat verib. Onun sözlərinə görə Həbib cərimə və ya diskvalifikasiya oluna bilər:
“Sanksiyalar olacaq. Əgər diskvalifikasiya uzunmüddətli olarsa, Həbib çempion titulundan da məhrum ediləcək. Döyüşdən sonra kütlənin üstünə hücum edən şəxs burada bir daha döyüşə bilməz”.
Bundan başqa, UFC prezidenti araşdırmalar bitənə kimi Nurməhəmmədovun qələbə üçün nəzərdə tutulmuş 2 milyonluq mükafatı da almayacağını vurğulayıb.
Qeyd edək ki, Nurməhəmmədov ə Makqreqor döyüşü bitdikdən sonra Həbib oktaqondan kənara çıxaraq irlandiyalı azarkeşin söyüşünə cavab olaraq onu döyməyə cəhd edib.
İnsidentdən sonra Nurməhəmmədovun komandasının bir neçə nümayəndəsi polis tərəfindən saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4