Güləş üzrə Azərbaycan çempionatının açılışı olub
Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Minval.info-nun məlumatına görə, Bakı İdman Sarayındakı tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev iştirak edib.
Açılışın əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mariana Vasileva yarış iştiraçılarını salamlayıb: “Bilmirdim ki, mənim danışmağım lazımdır. Amma hamını təbrik edirəm. Çünki bu yarış çox vacibdir. Pandemiyaya görə bizim turnirlərin çoxu baş tutmayıb. Sizi təbrik edirəm və uğurlar arzulayıram. Çox sağ olun”.
Namiq Əliyev iki il müəyyən problemlər ucbatından çempionatı keçirə bilmədiklərini söyləyib: “Artıq bu il yarışı təşkil edirik. Azərbaycan çempionatı bizim üçün çox önəmlidir. Ağır olimpiada ilini geridə qoyuruq. Bizim idmançılar olimpiadada 3 medal qazana biliblər. Ötən illərə baxanda bu, bizi qane etmir. Amma olimpiada medalı tam fərqlidir. Pandemiya bir az səngiyir və idman öz həyatına qayıdır. Azərbaycan birinciliyini keçirmək də onun bariz nümunəsidir. Yarışda bizi maraqlı mübarizələr gözləyir. Növbəti Paris-2024 Yay Olimpiya Oyunlarına az qalıb. Çempionatın qalibləri bizi olimpiya təsnifat turnirlərində təmsil edəcəklər”.
Fərid Mansurov da iştirakçıları salamlayıb və güləşçilərə uğurlar arzulayıb. Dövlət Himninin səslənməsindən sonra Azərbaycan çempionatı açıq elan olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İdmanda növbəti nailiyyətləri əldə edə bilərik - Yeni nazir
"Beşiktaş"ın futbolçusu zədələndi
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verdi - FOTO
Azərbaycan mətbuatı seçimini etdi: Qurban Qurbanov!
"Barselona"nın Arda Turan planı üzə çıxdı
Futbolçu yerkökü yeyərkən çənəsi sınıb