Ermənilərdən yeni təxribat: Xocavənddə “PUA emalatxanası” açılıb - fransızlar kömək edir
Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi Xocavənd rayonunda “Armat” adlanan, ikinci, ümumilikdə isə sayca 24-cü olan “ARMAT IN THE AIR” PUA emalatxanası açılıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, layihə özünü Xocavəndlə qardaşlaşmış şəhər elan edən, Fransanın paytaxt Parisdən 17 km aralıda yerləşən Sarsel şəhər bələdiyyəsi və erməni donorlar tərəfindən maliyyələşdirilir. Bu barədə qondarma, oyuncaq qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan teleqramında yazıb.

Artak Beqlaryan
Erməni mətbuatının xəbərinə görə, eyni gündə Xankəndidə “ARMAT” emalatxanalarının sərgisi keçirilib. Xəbərdə 24 “Armat”da artıq 600-ə yaxın tələbənin praktiki-texnoloji təhsil aldığı vurğulanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur
Pakistan ordusundan sərhəddə terrorçulara zərbə!