DSX-dən əməliyyat - Narkotik alverçiləri saxlandı (foto)
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
2018-ci ilin 04 oktyabr tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının «Horadiz» sərhəd dəstəsinin Füzuli rayonu Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə Sabirabad rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Hüseyn Bəybala oğlu və Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdlü Əliyev Anar Tengiz oğlu saxlanılıb.
Fakt üzrə keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Həziyev Rahib Ramiq oğlu müəyyənləşdirilərək saxlanılmış və istintaqa cəlb olunub.
Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Polşada separatçı bayraq təxribatı dayandırıldı
Nigar Fərhadın şirkətinə cinayət işi açıldı
Bakıda 13 yaşlı qızın hamilə qalması şok etdi
Ermənistanda sabiq baş nazirin qardaşı həbs olundu
Dövlət təhlükəsizliyi 5 ölkədə əməliyyat keçirdi
Taksi sürücüsünün dələduzluq şəbəkəsi ifşa olundu
Bakıda yol nişanına qanunsuz müdaxilə: Üç nəfər saxlanıldı


