Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Manatın dollara qarşı məzənnəsi uzun müddətdir ki, sabit olaraq qalır və 1 dollar 1,70 manat civarında dəyərləndirilir. Bu sabitlik inzibati resursların istifadəsi ilə təmin edilir.
Minval.info xəbər verir ki, “İqtisadi və Sosial İnkişaf Mərkəzi”nin rəhbəri Rəşad Həsənovun fikrincə, əgər manat üzən məzənnəyə keçərsə, bu, bazarda müəyyən ajiotaj yarada bilər. İlk reaksiyada yığım və depozitlərin bir hissəsi valyutaya yönələ bilər ki, bu da manatın məzənnəsinə təzyiq göstərərək onun dəyərsizləşməsinə səbəb ola bilər.
Rəşad Həsənov bildirir ki, bu ilkin təsirlər bir neçə həftə davam etdikdən sonra, bazarda real tələb və təklif məcrasının formalaşması ilə manatın möhkəmlənməsi ehtimalı daha yüksəkdir. Əhalinin yığım imkanlarının məhdud olması, büdcə planlanmasında ciddi dəyişikliklərin gözlənilməməsi və ölkənin iqtisadi dinamikasının idxalı kəskin artıracaq səviyyədə olmaması bu ehtimalı dəstəkləyir. Həmçinin, ehtiyat vəsaitlər və qısa müddətli şokları tarazlamaq alətləri də mövcuddur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə 2027-ci il strategiyasında 13 turkorn yaratmağı hədəfləyir
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - Dəmir yolu qiymətləri dəyişəcək
Pensiya alanların diqqətinə: Gələn il artımlar necə hesablanacaq
Türkiyədə fond qalmaqalı: "Dünya" qəzetinin sahibi saxlanıldı
Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdi
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq?