18.09.2026 - 16:05
Maqazin 15 baxış

Toyota Land Cruiser 300: Güc və texnologiya zirvəsi

Toyota şirkəti Yaponiyada yenilənmiş Land Cruiser 300 modelini təqdim edib. Bu yeni model, 457 at gücü və 790 Nm fırlanma anı təmin edən hibrid sistemlə təchiz olunub.

Minval.info xəbər verir ki, hibrid sistem 3,5 litrlik iki turbo V6 mühərrik, elektrik mühərriki və 10 pilləli avtomatik transmissiyadan ibarətdir. Avtomobil 700 mm dərinliyədək sudan keçə bilir və hibrid sistemdə nasazlıq yarandıqda yalnız daxiliyanma mühərriki ilə hərəkət edə bilir.

Yenilənmiş modeldə 3,5 litrlik benzinli V6 mühərrikdən imtina edilib və bu, 307 at gücü və 700 Nm fırlanma anı hasil edən 3,3 litrlik V6 dizel mühərriklə əvəz olunub. Yeni Land Cruiser 300 modelinin Yaponiyada satışına oktyabrın 1-dən başlanacaq və qiymətlər 6,3 milyon yendən başlayır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: