Boşanmadan aliment: Valideynlər üçün yeni imkan!
Ər-arvad arasında boşanma prosesi olmadan da, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. Bu, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsaslanır. Həmin maddəyə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar.
Minval.info xəbər verir ki, əgər valideynlər bu vəzifəni könüllü şəkildə yerinə yetirməzlərsə, uşağın saxlanılması üçün aliment məhkəmə qaydasında tələb oluna bilər. İlk növbədə, alimentin müəyyən edilməsi üçün mediasiya təşkilatına müraciət olunmalıdır və bu prosesin xərci 60 manat təşkil edir.
Mediasiya prosesində razılıq əldə olunmazsa, iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər və bu halda dövlət rüsumu ödənilmir. Alimentin miqdarı bir uşağa görə valideynin qazancının və digər gəlirlərinin dörddə biri, iki uşağa görə üçdə biri, üç və daha çox uşağa görə isə yarısı miqdarında tutulur. Gəlirin qeyri-müntəzəm olması və ya digər hallarda məhkəmə alimenti sabit pul məbləğində də müəyyən edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftçi tarix yazır: 1000-ci oyun həyəcanı!
Ayxan Abbasovdan milli komanda üçün yeni heyət
Bakı məktəbləri Formula-1 səbəbindən onlayn keçir
İnam Kərimov Seulda hüquqi islahatları müzakirə etdi
Bakıda yağmursuz, bölgələrdə leysan gözlənilir
KOBİA sahibkarlara 20 mindən çox lisenziya verdi
DİN-ə tibbi xidmət vəzifəsi tapşırıldı