Cüdo millisinin dünya çempionatı heyəti açıqlandı
Azərbaycanın cüdo millisinin 4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti müəyyənləşib. Bu mötəbər yarışda ölkəmizi 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın) təmsil edəcək.
Minval.info xəbər verir ki, idmançılarımız performans direktoru və kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi altında tatamiyə çıxacaqlar.
Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr 4–10 oktyabr tarixlərində, qarışıq komanda yarışı isə 11 oktyabrda baş tutacaq. İştirak edəcək heyət aşağıdakı kimidir:
Qadınlar:
48 kq: Şəfəq Həmidova, Könül Əliyeva
52 kq: Gültac Məmmədəliyeva
57 kq: Xədicə Qədəşova
70 kq: Südabə Ağayeva
+78 kq: Madina Kaisinova
Kişilər:
60 kq: Balabəy Ağayev, Əhməd Yusifov
66 kq: Ruslan Paşayev, Turan Bayramov, Nizami İmranov
73 kq: Hidayət Heydərov, Rəşid Məmmədəliyev
81 kq: Zelim Tçkayev, Ömər Rəcəbli, Vüsal Qələndərzadə
90 kq: Murad Fətiyev, Elcan Hacıyev, Süleyman Şükürov
100 kq: Zelim Kotsoyev
+100 kq: Uşanqi Kokauri, Kənan Nəsibov, Camal Qamzatxanov
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qapısı bağlanmayan qatar: Hindistan səhnəsi Bakıda!
Müəllimlər üçün vergi azadlığı təklifi gündəmdə
Azərbaycanda hər doğuşa bir abort düşür!
Boşanmadan aliment: Valideynlər üçün yeni imkan!
Neftçi tarix yazır: 1000-ci oyun həyəcanı!
Ayxan Abbasovdan milli komanda üçün yeni heyət
Bakı məktəbləri Formula-1 səbəbindən onlayn keçir