18.09.2026 - 15:58
Ölkə 16 baxış

Müəllimlər üçün vergi azadlığı təklifi gündəmdə

Azərbaycanda müəllimlərin əməkhaqlarından tutulan vergilərin ləğv olunması təklifi gündəmə gəlib. Bu təklif sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vergilərin ləğvi, müəllimlərin maddi vəziyyətinə müsbət təsir göstərə biləcəyi və təhsilin inkişafına əlavə stimul yarada biləcəyi düşünülür.

Minval.info xəbər verir ki, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2500 manatadək olan aylıq gəlirlərdən 14% gəlir vergisi tutulur. Bundan əlavə, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün əməkhaqqının 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. Həmçinin, əməkhaqqından 2% üzvlük haqqı və işsizlikdən sığortaya görə 0,5%, icbari tibbi sığortaya görə isə 2% ödənişlər də həyata keçirilir. Ümumilikdə, müəllimlərin maaşından 21,5% tutulmalar baş verir.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Rəşad Mahmudov bildirib ki, müəllimlərin əməkhaqlarının və sosial rifahının yüksəldilməsi vacib olsa da, bunun əsas yolu vergilərin ləğvi olmamalıdır. O qeyd edib ki, vergi sisteminə yalnız “əməkhaqqından tutulan məbləğ” kimi baxmaq düzgün deyil və bu yanaşma digər peşə sahibləri üçün də eyni tələblərin yaranmasına səbəb ola bilər. Rəşad Mahmudovun fikrincə, daha sağlam yanaşma müəllimin əməyinin real dəyərinin düzgün müəyyənləşdirilməsidir və əməkhaqqı mərhələli şəkildə artırılmalıdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: